DÇ-2022-nin 1/4 final mərhələsində Portuqaliyanı minimal hesabla məğlub edərək yarımfinala yüksələn Mərakeş millisinə bir çox məşhur tərəfinindən təbrik mesajı yazılıb.
Sportarena.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərakeş millisini DÇ-2022-nin yarımfinalına çıxması münasibəti ilə təbrik edib.
O, sosial media hesabında yazıb: "Dünya çempionatında yarımfinala yüksələn ilk Afrika komandası olan Mərakeş millisini ürəkdən təbrik edirəm. Bütün mərakeşli qardaşlarımızı bu uğura görə təbrik edirəm".
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask və kolumbiyalı müğənni Şakira da Mərakeş millisini Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsi münasibətilə təbrik ediblər.
Mask paylaşımda "Təbriklər, Mərakeş", Şakira isə "Bu dəfə Afrika üçün!" yazıb.
Qeyd edək ki, Mərakeş yığması finala gedən yolda Fransa kollektivi ilə qarşılaşacaq. Görüş dekabrın 14-də keçiriləcək.