Keyn Runinin rekorduna şərik çıxdı

10:27 11 Dekabr 2022

İngiltərə millisinin hücumçusu Harri Keyn yığmanın ən çox qol vuran futbolçusu rekordına şərik olub.

 

Sportarena.az xəbər verir ki, o, buna DÇ-2022-nin 1/4 finalında Fransa ilə matçda qol vuraraq nail olub.

 

29 yaşlı oyunçu millidəki qollarını sayını 53-ə çatdırıb. Bununla da o, İngiltərə millisinin tarixində ən çox qol vuran Ueyn Runiyə çatıb.

 

Keyn 53 qolu 80 oyuna, Runi isə 120 oyuna vurub.

 

Qeyd edək ki, adı çəkilən matçda İngiltərə rəqibinə 2:1 hesabı ilə uduzaraq mundialla vidalaşıb.


Digər xəbərlər

Xəbər xətti