Birinci divizionunun 14-cü turunun "Mingəçevir" - "Qaradağ Lökbatan" matçının hakimləri Bakıya qayıdarkən avtomobil qəzasına düşüblər.
Sportarena.az xəbər verir ki, Yevlaxda baş verən avtomobil qəzasında hakimlər - Rövşən Rəcəbov, Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev və qarşılaşmanın hakim-inspektoru Ceyhun Haşımov xəsarət alıb.
Ceyhun Haşımov və Elmin Süleymanovun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu dünyasını dəyişib.