İngiltərə antikrekorda imza atıb

11:02 11 Dekabr 2022

İngiltərə millisi dünya çempionatları tarixində antirekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, Böyük Britaniya təmsilçisi 7-ci dəfə mundialların 1/4 final mərhələsində mübarizəni dayandıraraq dünya çempionatları tarixinin ən zəif göstəricisinə sahib olub.

 

İngilislər daha əvvəl 1954, 1962, 1970, 1986, 2002 və 2006-cı illərdə eyni aqibətlə üzləşib.

 

Qeyd edək ki, İngiltərə millisi 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, DÇ-2022 ilə vidalaşıb.


Digər xəbərlər

Xəbər xətti