"Oyunumuzla daha yaxşısına layiq idik" - Qaret Sautqey

11:59 11 Dekabr 2022

"Məncə oyunumuzla daha yaxşısına layiq idik. Oyunun sonunda qollar nəticəni müəyyənləşdirdi. Oyunçulara dedim ki, bütün güclərini ortaya qoydular. Onlarla qürur duyuram".

 

Sportarena.az xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin 1/4 finalında Fransaya 1:2 hesabı ilə uduzduqları oyunan sonra deyib.

 

"Dünya çempionatını qazana biləcək səviyyədə oynadıq. Mənim üçün hakimin işini müzakirə etməyin mənası yoxdur. Daha çox futbolçularım haqqında danışmaq istərdim. Fransanı təbrik edirəm" - deyə o bildirib.

 

Mütəxəssis futbolçusu Harri Keynin qaçırdığı penalti epizodu haqda da danışıb: "Komanda olaraq qalib gəlirik və uduzuruq. İki qol buraxdıq və şanslarımızdan istifadə etmədik. Harri Keyn çox etibarlı oyunçudur. Onun vurduğu qollar olmasaydı, bu mərhələdə olmazdıq".


Digər xəbərlər

Xəbər xətti