Portuqaliya millisinin futbolçusu Pepenin qolu sınıb.
Sportarena.az "Globo"ya istinadən xəbər verir ki, bu, DÇ-2022-nin 1/4 finalında Mərakeşə qarşı matçda baş verib. 39 yaşlı müdafiəçisi oyunu dirsək sümüyü və sol qolun sümüyünün sınığı ilə başa vurub. Pepenin sınığı Doha xəstəxanasında aparılan müayinələrdən sonra təsdiqlənib.
Qeyd edək ki, Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.