"Ronaldonu ehtiyat oyunçular skamyasında saxlamaqla dünya çempionu ola bilməzsən"

12:41 11 Dekabr 2022

Portuqaliyanın əfsanəvi futbolçusu Luis Fiqo millisinin Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırılmasını sakit qarşılamayıb.

 

Sportarena.az xəbər verir ki, yığmanın sabiq kapitanı 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzduqları matça görə baş məşqçi Fernando Santosu günahlandırıb.

 

Fiqo sosial şəbəkə hesabındakı paylaşımında Ronaldoya start heyətində yer verməyən çalışdırıcını tənqid edib:

"Kriştiano Ronaldonu ehtiyat oyunçular skamyasında saxlamaqla dünya çempionu ola bilməzsən. İsveçrə üzərində qələbə? Əla, amma bunu hər oyunda edə bilərsiniz? Yox! Ronaldonu ehtiyat oyunçular skamyasında saxlamaq səhv idi, bu məğlubiyyətə görə baş məşqçi məsuliyyət daşıyır".


Digər xəbərlər

Xəbər xətti