Portuqaliyanın prezidenti ölkəsinin dünya çempionatı ilə vidalaşması haqqında danışıb

13:00 11 Dekabr 2022

Portuqaliyanın prezidenti Marselu Rebelu de Souza DÇ-2022-nin 1/4 finalında ölkəsinin yığmasının Mərakeşə məğlubiyyətini şərh edib.

 

Sportarena.az "Record"a istinadən xəbər verir ki,  Marselu Rebelu de Souza Fernando Santosun rəhbərlik etdiyi kollektivin yarımfinala adlaya bilməməsi haqda bunları deyib:

"Pis gün idi. Daha effektli olan komanda qalib gəldi. Komandaya, növbəti dünya kubokunda oynamaq şansı az olan yaşlı futbolçulara təşəkkür edirəm".


Qeyd edək ki, Portuqaliya 1/4 finalda Mərakeşə 0:1 uduzaraq yarımfinala çıxa bilməyib. 


Digər xəbərlər

Xəbər xətti