"Məşqçiniz və dostunuz pis qərar verdi" - Corcina

15:26 11 Dekabr 2022

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes yığmanın baş məşqçisi Fernando Santosu tənqid edib.

 

Sportarena.az xəbər verir ki, o, mütəxəssisin 37 yaşlı futbolçunu DÇ-2022-nin 1/4 finalında Mərakeşlə matçda start heyətdə oynatmaması ilə bağlı yazıb: 

 

“Məşqçiniz və dostunuz pis qərar verdi. Elə heyranlıqla, hörmətlə danışdığınız həmin dost. Nə baş verdiyini görüb səni oyuna daxil edəndə çox gec idi. Dünyanın ən yaxşı oyunçusunu və komandanın ən təhlükəli silahını qiymətləndirməmək olmaz".

 

Corcina paylaşımın davamında sevgilisinə dəstək verib: "Həyat bizə dərslər verir. Kriştiano, uduzmadıq, amma yeni bir şey öyrəndik. Biz hələ də sizə heyranıq”.

 

Qeyd edək ki, Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzub. Ronaldo həmin görüşdə 2-ci hissədə meydana daxil olub. 


Digər xəbərlər

Xəbər xətti