FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.
Sportarena.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, top "Al Hilm", ərəb dilindən tərcümədə "Arzu" adlanır.
Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq.
Yarımfinalda Argentina və Xorvatiya, Fransa ilə Mərakeş üz-üzə gələcək.
Qeyd edək ki, həlledici qarşılaşma "Lusail" stadionunda oynanılacaq.