Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin yarımfinalında Argentina ilə keçiriləcək oyunla bağlı danışıb.
Sportarena.az xəbər verir ki, o, FİFA-nın mətbuat xidmətinə açıqlamasında rəqibin əsas gücünün kapitan Lionel Messi olduğunu deyib:
“Biz Messiyə qarşı müdafiə olunmalıyıq. Onun nə qədər qaçdığını, topla işləməyi nə qədər sevdiyini bilirik. Əsas nizam-intizamlı olmalıyıq. Braziliya ilə etdiyimizi təkrarlaya bilsək, qorxacaq bir şeyimiz yoxdur. Argentina ilə bağlı ətraflı təhlil aparacağıq. Çünki indiyə qədər biz onlara o qədər də diqqət yetirməmişdik. Messi hələ də onların əsas oyunçusudur, əla oynayır və bu komandaya rəhbərlik edir. Onların da bir neçə gənc, istedadlı oyunçuları var və çox təhlükəli görünürlər”.
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək Argentina - Xorvatiya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.