Xorvatiya millisinin və "Dinamo"nun (Zaqreb) qapıçısı Dominik Livakoviç “Bayern”ə keçə bilər.
Sportarena.az “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi Manuel Noyerin zədələnməsindən sonra bütün diqqətini Livakoviçə yönəldib.
Almaniya nəhəngi üçün digər variant isə “Monako”da icarə əsasında oynayan Aleksandr Nübelin geri qayıtmasıdır.
Əgər, bu baş verməsə, qışda “Bayern” “Dinamo”nun qapıçısını transfer etməyə çalışacaq.
27 yaşlı qapıçısı "Zadar"ın yetirməsidir. O, 2015-ci ildə “Zaqreb”dən “Dinamo”ya keçib.