İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefaya göndərilməyəcək.
Sportarena.az xəbər verir ki, bu haqda İngiltərə Futbol Assosiasiyasının məlumat yayıb.
Məlumatda İngiltərə DÇ-2022 ilə vidalaşsa da, məşqçi heyətinin mundiala onları yaxşı hazırladığı qeyd olunub: "Futbolçular titulu qazanmaqda tam qərarlı idilər. Biz turnirlə vidalaşmamalı idik. Çox maraqlı və gənc komandamız var. Nəticədən asılı olmayaraq, onlar DÇ-2022-dəki çıxışları ilə fəxr etməlidirlər".
Xatırladaq ki, Sautgeytin milli komanda ilə 2024-cü ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb.