Dünya çempionatının yarımfinal mərhələsində Argentina və Xorvatiya milliləri üz-üzə gələcək.
Sportarena.az xəbər verir ki, adı çəkilən matçın baş hakimi bilinib.
Matçı italyan referi Daniele Orsato idarə edəcək.
O, daha əvvəl qrup mərhələsində Argentina - Meksika matçını da idarə etmişdi.
Qeyd edək ki, Argentina və Xorvatiya arasında baş tutacaq matç dekabrın 13-ü oynanılacaq.