Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Sportarena.az xəbər verir ki, 3-cü turun ilk matçında “Azəryol” və “Qarabağ” üz-üzə gəlib.
Matç "Azəryol”un 33:30 hesablə qələbəsi ilə sona çatıb.
U-16 – “İdman Akademiyası” qarşılaşmasında isə ikincilər 47:21 qalib gəlib.