Niderland birinci divizionun 17-ci turunun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” “De Qraafşap”ın qonağı olub.
Ozanın komandası səfərdə rəqibini məğlub edib.
Kökçü 73-cü dəqiqədə meydana daxil olub. Hazırda "Eyndhoven” 32 xalla 4-cü pillədədir.