“Çox məyus oldum. Lakin İngiltərə millisinin bu turnirdəki çıxışına görə fəxr etdim. Oyunçular da fəxr etməlidir”.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İngiltərə millisinin sabiq oyunçusu Runi deyib.
Runi, milli komandanın hücumçusu Harri Keyni lider oyunçu kimi gördüyünü bildirib:
“Keyni rekordu qırdığına görə təbrik edirəm. Tezliklə o, bombardirlər siyahısına şəriksiz başçılıq edəcək. Mən yığma komanda üçün ondan daha yaxşı lider düşünə bilmirəm. Başını dik tut, Harri!”
Keyn Fransa ilə matçda İngiltərə yığmasının heyətində 53-cü qolunu vuraraq, Runiyə çatıb