Rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "Neftçi"dən ayrıla bilər.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis ölkəsində işləmək istəyir.
Regekampfın "Universitatya Krayova" ilə prinsipial razılıq əldə etdiyi bildirilib.
Təcrübəli baş məşqçi "ağ-qaralar"la vidalaşsa, sabiq klubuna qayıdacaq.
Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib.