"Benfika" hücumçusu Qonsalu Ramosa qiymət qoyub.
Sportarena.az "Manchester Evening News"a istnadən xəbər verir ki, Portuqaliya təmsilçisi 21 yaşlı oyunçunu 120 milyon avroya satmağa hazırdır.
Daha əvvəl “Mançester Yunayted” skautlarının Portuqaliya millisinin futbolçusunu diqqətlə izlədiyi vurğulanıb. Hücumçunun "Benfika" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Ramos bu mövsüm "Benfika"nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 14 qol vurub və 6 qolun ötürməsini verib.
Qeyd edək ki, Ramos DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçda (6:1) komandanın kapitanı Kriştiano Ronaldonun əvəzinə start heyətdə meydana daxil olub və het-trik edib.