DÇ-2022:17 sarı kart göstərən hakim üçün mundial bitdi

10:44 12 Dekabr 2022

DÇ-2022-nin 1/4 final mərhələsinin Niderland – Argentina oyununun baş hakimi Mateus Laos üçün mundial bitib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb əsas vaxtı 2:2 hesabıyla bitən və Argentinanın penaltilər seriyasında (4:3) qalib gəldiyi matçda ispaniyalı ədalət təmsilçisinin zəif idarəçiliyi olub.

 

Matçda 17 dəfə sarı vərəqəyə əl atan Laos futbolçular arasındakı gərginliyə yol açdığı üçün FİFA Hakimlər Komitəsi ona yarımfinalda, 3-cü yer uğrunda matçda və final oyununda təyinat verməmək qərarını verib.

 

FİFA Niderland – Argentina matçının ardından baş verənlərə görə Argentina Futbol Assosiasiyasına, Lionel Messi və Emiliano Martinesə qarşı iş açıb.


Digər xəbərlər

Xəbər xətti