"Ayaz Quliyevin gücü varsa, Azərbaycan millisinə kömək edə bilər" - İqor Ponomaryov

13:19 12 Dekabr 2022

"Ayaz Quliyev haqda eşitmişəm. Əvvəllər "Spartak"da oynadığını bilirəm. Onun geniş məlumata sahib deyiləm. Nə qədər yaxş və ya pis futbolçu olduğunu deyə bilmirəm. Tanıdıqlarım onun yaxşı futbolçu olduğunu bildiriblər. Yaxşı futbolçu milliyə həmişə lazımdır. Bugünkü gündə gücü varsa, Azərbaycan millisinə kömək edə bilər. Bu barədə çox düşünməmişəm. Millidə oynayacaq gücdədirsə, yaxşı səviyyədərisə, cəlb oluna bilər".


Sportarena.az xəbər verir ki, bu sözləri İqor Ponomaryov "Sportal.az" saytına açıqlamasında deyib.

 

Azərbaycan milli komandasının sabiq baş məşqçisi son vaxtlar "Ximki"nin futbolçusu Ayaz Quliyevin yığmamızda oynamaq ehtimalına münasibət bildirib:
 

"Əgər, karyerasında eniş gedirsə, o qədər də, lazım olmaya bilər. Çünki bizim özümüzün futbolçuları var. Elvin Camalov, Aleksey İsayev kimi futbolçulara sahibik. Onlar millidə yetərincə uğurlu çıxış edə bilər. Hər halda, bütün suallara Ayaz özü cavab verə bilər".


Digər xəbərlər

Xəbər xətti