Portuqaliya millisinin üzvü Pepe komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.
Sportarena.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi 37 yaşlı hücumçu haqqında danışıb:
“Ronaldo bizim Portuqaliya bayrağımızdır. Onun nailiyyətləri bütün dünyaya yayılır. Ronaldonun Portuqaliyaya böyük töhfəsi var. Buna görə də biz ona minnətdar olmalıyıq”.
Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzub və mübarizəni dayandırıb.