Təmsilçimiz Estoniyada ikinci oldu

18:36 12 Dekabr 2022

Yeniyetmə və uşaq badmintonçularımız Estoniyanın Tartu şəhərində keçirilən “Yonex Estonian Youth International 2022 U-11-U-15” turnirində çıxışını başa vurub.

 

Sportarena.az xəbər verir ki, təmsilçilərimizdən ən yüksək nəticəyə Məhəmməd Hacızadə imza atıb.

 

Məhəmməd 11 yaşadək oğlanların şəxsi yarışında turnirin yarımfinalına kimi irəliləməyi bacarıb. Badmintonçumuz həm finala yüksəlmək, həm də 3-cü yer uğrunda keçirilən görüşlərdə eston rəqiblərinə uduzaraq müvafiq kateqoriyada 4-cü olub.Bu yaş kateqoriyası üzrə oğlanların qoşa yarışında isə qrup mərhələsində latviyalı Oskar Bajarsla birgə mübarizə aparan Məhəmməd Hacızadə 2-ci olub.

 

Yusif Mirəlləmov-Nəzrin Mehrəlizadə tandemi 13 yaşadək badmintonçularn qarışıq qoşa yarışında 1/4 finalda eston rəqiblərinə məğlub olub. Eyni nəticəni Fərəc Kərimli və Yusif Mirəlləmov 13 yaşadək oğlan, Leyla Camalzadə və Nəzrin Mehrəlizadə isə qız badmintonçuların qoşa yarışında təkrarlayıb. Leyla müvafiq yaş kateqoriyasında qızların şəxsi yarışında 3 set davam edən gərgin mübarizədə ən güclü 4-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə eston rəqibinə uduzub.

 

15 yaşadək oğlanların şəxsi yarışında Əmirxan İmanov və Ülvi Hüseynovun da ən yaxşı nəticəsi 8-liyə yüksəlmək olub. 15 yaşadək badmintonçuların qarışıq qoşa yarışlarında Fatimə Həsənzadə -Hinek Veselik (Çex Respublikası) və Ülvi Hüseynov-Nərmin Hüseynova tandemi də 1/4 finala kimi irəliləməyi bacarsalar da, yarımfinala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.


Digər xəbərlər

Xəbər xətti