Ukraynanın "Dnepr-1" futbol klubunun ev oyunlarını keçirdiyi "Dnepr-Arena" elektron ticarət sistemi vasitəsilə hərraca çıxarılıb.
Sportarena.az stadionun məxsus olduğu "Privatbank"ın rəsmi saytına istinadən xəbər verir ki, lotun başlanğıc qiyməti 113 milyon qrivendən (5 205 000 manat) bir qədər çoxdur.
Auksion 2023-cü il yanvarın 12-də baş tutacaq.
Qeyd edək ki, "Dnepr-Arena" 2008-ci ildə istifadəyə verilib. Ölkənin ən böyük stadionlarından olan arena 31 000 tamaşaçı tutumuna malikdir.