ABŞ Olimpiya Komitəsi (USOPC) rusiyalı idmançıların 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmasını istəyir.
Sportarena.az "The Wall Street" jurnalına istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Süzan Layons açıqlama verib.
Onun sözlərinə görə, rusların beynəlxalq yarışlara qayıdışı olimpiya hərəkatı üçün vacibdir: "Rus idmançılarının təcrid olunması bizi geriyə atır. Eyni zamanda Ukrayna xalqına və bu ölkənin təmsilçilərinə dəstəyimizi davam etdiririk. ABŞ ömrünü bu işə həsr etmiş idmançılar üçün yarışa qayıtmaq imkanlarının axtarışını dəstəkləyir. Lakin mövcud sanksiyalar səbəbindən rusların öz ölkələrinin bayrağı altında çıxış etmələrinə qəti şəkildə qarşıdır".
Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.