"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş karyerasını Rusiyada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin xidmətində ÇSKA maraqlıdır. Bu barədə türkiyə mətbuatı məlumat yayıb.
Moskva təmsilçisi Türkiyə millisinin üzvü üçün 7 milyon avroluq təklif göndərib.
"Sarı-lacivərtlilər" isə təcrübəli oyunçunu 10 milyon avrodan aşağı qiymətə satmağı düşünmür. Tərəflər arasında məbləğlə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, Mert Hakan Yandaş 2020-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. O, cari mövsümdə Super Liqa klubunun heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.