Avstriya millisinin futbolçusu "Bayern" ilə müqavilə imzalayacaq

21:27 12 Dekabr 2022

Avstriya millisinin və Almaniyanın “Leypsiq” klubunun futbolçusu Konrad Laymer Bundesliqanın son çempionu “Bavariya” ilə müqavilə imzalayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, 25 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yanvarında Münhen təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək və mövsümün sonunda azad agent kimi yeni komandasına qoşulacaq.

 

Qeyd edək ki, Konrad Laymer 2017-ci ildən “Leypsiq”in formasını geyinir.


Digər xəbərlər

Xəbər xətti