DÇ-2022: Fransa - Mərakeş matçının hakimi bilinib

22:49 12 Dekabr 2022

Qətərdə təşkil olunan dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında keçiriləcək yarımfinal oyununa təyinatlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı Meksika Futbol Federasiyasından olan Sezar Ramos idarə edəcək.

 

Ona yan xətt hakimləri Alberto Morin və Migel Ernandes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Xesus Valensuela yerinə yetirəcək.

 

Kanadalı Drü Fişer VAR hakimi, kolumbiyalı Nikolya Qallo isə onun köməkçisi olacaq.

 

Qeyd edək ki, dekabrın 14-də oynanılacaq Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti