"Dünyanın ən yaxşı dörd komandası sırasına daxil olduq" - Zlatko Daliç

23:17 12 Dekabr 2022

“Dünyanın ən yaxşı dörd komandası sırasına daxil olduq. Bu, Xorvatiya üçün  böyük uğurdur. Ardıcıl iki pley-off matçında qalib gəlməyimiz çox vacibdir. Amma biz daha artığını istəyirik. Lionel Messinin kapitanı olduğu böyük Argentina ilə qarşılaşacağıq. Onlara qarşı daha çox təzyiq var".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin yarımfinalında qarşılaşacaqları Argentina ilə oyun öncəsi deyib.

 

"Biz onların necə oynadıqlarını və oyunu hansı istiqamətdə qurduqlarını bilirik. Mən optimistəm və oyunçularıma inanıram. Onlar öz səviyyələrini, xarakterlərini göstərdilər. Bu olmasaydı, yarımfinala çıxa bilməzdik. Biz rəqibə uyğunlaşmayacağıq, öz futbolumuzu oynayacağıq və nəticə əldə edəcəyik” - deyə o bildirib

 

Mütəxəssis Xorvatiyanın DÇ-2022-nin qalibi olmaq şansları ilə bağlı söyləyib: “Dörd il əvvəl biz bütün kiçik ölkələr üçün bir arzu həyata keçirdik. Bizim nümunəmizdən ruhlanan digər milli komandalar da arzumuzu gerçəkləşdirir. Bu yolu indi Mərakeş keçir. Bu dünya çempionatına baxsaq, Mərakeş böyük komandaları məğlub etdi və birinci olmağa  tam haqqı var. Xorvatiyanın da bu hüququ var. Ziyeş əla oynayır. Mən başa düşmürəm ki, o, niyə klubunda heyətə düşmür”.

 

Qeyd edək ki, sabah keçiriləcək Argentina - Xorvatiya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq


Digər xəbərlər

Xəbər xətti