Polşa Futbol Federasiyası milli komandasının baş məşqçisi Çeslav Mixneviçlə müqaviləni avtomatik yeniləməkdən imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Maraqlıdır ki, 52 yaşlı mütəxəssisin postundan kənarlaşdırıldığı da açıqlanmayıb. Məsələ burasındadır ki, onunla qüvvədə olan müqavilənin müddəti bu ilin 31 dekabrına qədərdir. Ondan sonra tərəflər əməkdaşlığı davam etdirib-etdirməyəcəklərinə birgə müzakirələrdən sonra aydınlıq gətirəcəklər.
Qeyd edəki ki, Mixneviç bu ilin yanvar ayından Polşa yığmasına rəhbərlik edirdi.