Şevçenko bu millinin məşqçisi ola bilər

10:35 13 Dekabr 2022

Ukrayna millisinin sabiq futbolçusu Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər.

 

Sportarena.az "Onet.pl" nəşrinə istinadən xəbər verir ki, Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa 46 yaşlı mütəxəssisi bu posta gətirmək niyyətindədir.

 

Yığmanın hazırkı baş məşqçisi Çeslav Mixneviçin müqaviləsi ilin sonunda başa çatacaq. Kuleşa AVRO-2024-ün seçmə mərhələsi martda start götürəcəyi üçün tez qərar vermək istəmir.

 

 Şevçenko 2016 - 2021-ci illərdə Ukrayna millisinin, 2021/2022 mövsümündə isə İtaliyanın "Cenoa" komandasının baş məşqçisi olub.

 

Qeyd edək ki, Polşa seçməsi Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Fransaya 1:3 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti