“Sion”un və İtaliya millisinin hücumçusu Mario Balotelli Portuqaliyanın Qətərdə keçirilən dünya çempionatında iştirakını dayandırmasından sonra Kriştiano Ronaldonun tənqid edilməsinə münasibət bildirib.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Balotelli sosial şəbə hesablarında bunu yazıb:
"Mən Ronaldonun fanatı deyiləm. Bu, məlumdur. Amma futbol üçün etdiklərinə görə, bu oğlan daha çox hörmətə layiqdir”.