Avropanın aparıcı klubları 2025-ci ildə ABŞ-da keçirilməsi planlaşdırılan klublararası dünya çempionatında iştirakdan imtina edirlər.
Sportarena.az "Daily Mail"ə istinadən xəbər verir ki, FIFA rəhbərliyi Qətərdə keçirilən mundialda klub nümayəndələri ilə danışıq aparsa da, əksəriyyətindən müsbət cavab almayıb.
Ali futbol qurumu ABŞ-da 32 kollektivin qatılacağı turnir təşkil etmək niyyətindədir.
2025-ci ildəki yarışa az vaxt qalsa da, çempionatın formatı müəyyənləşməyib. Həmçinin yayımçılar və kommersiya tərəfdaşları ilə danışıqlar başlamayıb.