"Hamımız mavi rəngin azarkeşiyik” - Skaloni

10:09 14 Dekabr 2022

Argentina milli komandası DÇ-2022-nin yarımfinalında Xorvatiyanı məğlub edərək, finala yüksəlib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni qələbədən həzz aldıqlarını dilə gətirib:

 

“Biz indi qələbəni qeyd edirik. Çünki bu, çox həyəcanlı hadisədir. Qarşıda daha bir matç var. Hazırkı andan həzz almaq olar, amma bundan sonra nə olacağını düşünməliyik. Narahat olmamağa çalışıram”.

 

O, DÇ-2022-nin qrup mərhələsinin Səudiyyə Ərəbistanı millisi ilə keçirilən ilk matçı barədə də fikir bildirib:

“Səudiyyə Ərəbistanına uduzduğumuz oyunda da xalq bizimlə idi. Ümumbəşəri dəstəyi hiss etdirdilər. Bu, heç nə ilə müqayisə oluna bilməz. Biz hamımız ortaq bir məqsəd üçün çalışırıq. Hamımız mavi rəngin azarkeşiyik”.

 

Qeyd edək ki, Argentina Xorvatiyanı məğlub edərək finala yüksəlib. Cənubi Amerika təmsilçisi finalda Fransa- Mərakeş matçının qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti