Braziliya Futbol Federasiyası milliyə baş məşqçi axtarışını davam etdirir.
Sportarena.az "A Bola"ya istinadən xəbər verir ki, Karlo Ançelotti "Real"dan ayrılmaq istəmədiyinə görə, federasiya Zinəddin Zidanla danışıqlara başlayıb.
"Kral klubu"nun sabiq çalışdırıcısının bu millidə çalışmaq istəyib-istəmədiyi isə hələ ki, dəqiq deyil.
Xatırladaq ki, Braziliya millisi Qətərdəki dünya çempionatının 1/4 finalında Xorvatiyaya uduzaraq mundialla vidalaşmışdı.