Borna Sosa: "Argentinanı layiq olmadığı qələbə münasibətilə təbrik edirəm"

12:24 14 Dekabr 2022

Xorvatiya yığmasının müdafiəçisi Borna Sosa DÇ-2022-nin yarımfinalında Argentinaya məğlub olduqları (0:3) matçı şərh edib.

 

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, rəqibin bu qələbəyə layiq olmadığını bildirib:

 

“İlk yarım saat ərzində biz meydanda ən yaxşı komanda idik və oyuna nəzarət edirdik. Sonra qapımıza bir penalti təyin olundu. Yumşaq desək, bu epizod mübahisəli oldu. İki qol buraxdıq və bundan sonra hər şey çətinləşdi. Argentinanı layiq olmadığı qələbə münasibətilə təbrik edirəm. Finala çox yaxın olduğunuz üçün yarımfinalda uduzmağı qəbul etmək də çətindir. Bu gün bir az dincələ bilərik, amma sabahdan növbəti matça hazırlaşmağa çalışacağıq. Biz Zaqrebə xoşbəxt qayıtmağa çalışacağıq”.

 

Qeyd edək ki, Xorvatiya millisi 3-cü yer uğrunda mübarizədə bu gün keçiriləcək Fransa - Mərakeş matçının məğlubu ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti