Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti dəfə Azərbaycana etimad göstərib.
Sportarena.az xəbər verir ki, FİDE şahmatda nüfuzlu yarışlardan sayılan dünya kubokunun təşkilatçılığını Azərbaycana həvalə edib.
Mötəbər yarış Bakıda keçiriləcək və 2023-cü il iyulun 29-dan avqustun 26-dək davam edəcək.
Bu, Azərbaycanın ev sahibliyi edəcəyi ikinci dünya kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə dünya kubokuna ev sahibliyi edib.