"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm, lakin təhlükəli qol epizodları yaratmadılar"

21:45 14 Dekabr 2022

"Məğlub olmaq istəmirdik. Müdafiədə çox pis oynayırıq. İki korner qapımıza iki qolla nəticələndi. Bu da oyunun taleyini həll etdi. Ümumi götürəndə heç də pis oynamırdıq. Hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqisi Mahmud Qurbanov Misli Premyer Liqasının  17-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm, lakin təhlükəli qol epizodları yaratmadılar. Start heyətdə meydana çıxan oyunçularda yorğunluq var idi. Birinci hissədə bu, hiss olunurdu. Ağır kubok matçından çıxmışdıq. Heyəti dəyişmədik. Deyiləsi söz çoxdur. Futbolçulara deyiləcək. Belə müdafiə olunmaq olmaz" - deyə o bildirib.

 

Mütəxəssis söyləyib ki, oyundan qopmağın səbəbi yorğunluq idi: "Bu da başadüşüləndir. Ona görə də əvəzetmələr etdik. Əvəzetmələr oyunu canlandırdı. Görüşün sonunda da hesabı bərabərləşdirmək üçün yaxşı şanslar var idi.  Biz nəticə üçün oynayırıq. İkinci dövrədə iki xal toplamağımızın səbəbi müdafiədə zəif oynamağımızdır". 


Digər xəbərlər

Xəbər xətti