Azərbaycan Basketbol Liqasında X tura start verilib.
Sportarena.az xəbər verir ki, açılış oyununda "Sərhədçi" və "Olimpik" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən görüşdə "Sərhədçi" 99-80 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Endar Poladxanlı (29 xal, 5 asist), "Olimpik Şəki BK"dan isə Anar Hacıyev (20 xal, 6 ribaund) olublar.
Qeyd edək ki, turun digər matçları dekabrın 17-si və 18-də baş tutacaq. "Neftçi İK" "Sabah"ı, "AAAF Xırdalan" "Gəncə"ni, "Zirvə Astara" isə NTD-ni sınağa çəkəcək.