Fransa millisinin qapıçısı Uqo Lyoris Almaniya yığmasından həmkarı Manuel Noyerin dünya çempionatlarındakı rekordunu təkrarlayıb.
Sportarena.az xəbər verir ki, 36 yaşlı qolkiper bunu Qətərdəki mundialda Mərakeşə qarşı keçirdikləri yarımfinal matçında meydana çıxmaqla bacarıb. Bu, təcrübəli çərçivə qoruyucusunun 19-cu matçı olub.
Loris bununla dünya çempionatlarında ən çox oyun keçirmiş qapıçıların siyahısında almaniyalı Zepp Mayer və braziliyalı Klaudio Taffareli (hər ikisi 18) geridə qoyub.
Qeyd edək ki, Fransa - Mərakeş matçından Avropa təmsilçisi 2:0 hesabı ilə qalib ayrılaraq finala yüksəlib.