Çağırış Kuboku: "Azərreyl" ilk oyunda məğlub oldu

09:32 15 Dekabr 2022

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada "VfB SUHL Thüringen"lə üz-üzə gəlib.

 

Qarşılaşma rəqibin 3:1 (25:15, 23:25, 25:20, 25:16) hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada baş tutur.


Digər xəbərlər

Xəbər xətti