"Bazar günü titulu qazanmağa çalışacağıq" - Didye Deşam

10:07 15 Dekabr 2022

"Bazar günü titulu qazanmağa çalışacağıq".

 

Sportarena.az xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Qətərdə keçirilən dünya çempionatının yarımfinalında Mərakeş yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

 

54 yaşlı mütəxəssis vacib matçda qələbə qazandıqlarını bildirib: "Final olmasa da, yarımfinal görüşü idi. Artıq bir aydır ki, birlikdəyik. Oyunlar heç də asan olmadı. Bəzən bizim də bəxtimiz gətirdi. Bununla belə, oyunçularım layiq olduqları finala vəsiqə qazandılar".

 

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də Fransa və Argentina yığmaları arasında baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti