Çağırış Kuboku: Təmsilçilərimiz cavab görüşlərinə çıxacaqlar

10:27 - 15 Dekabr 2022 - Voleybol

Azərbaycanın voleybol klubları bu gün Çağırış Kubokunda növbəti oyunlarını keçirəcəklər.

 

Sportarena.az xəbər verir ki, kişi voleybolçulardan ibarət "Murov" komandası 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi "Orion"u qəbul edəcək.

 

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. 

 

Qadınlardan ibarət "Azərreyl" kollektivi isə Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq.

 

Qeyd edək ki, təmsilçilərimizin hər ikisi ilk oyundan 1:3 hesabı ilə məğlub ayrılıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin