Argentina millisinin sabiq hücumçusu Roberto Sosa yığmanın DÇ-2022-nin finalına adlaması və millinin kapitanı Lionel Messi barədə danışıb.
Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Argentinanın finalda oynayacağına görə həyəcanlı olduğunu deyib.
Həmçinin Sosa Messini millinin əfsanəvi futbolçusu, 2020-ci ildə dünyasını dəyişən Dieqo Maradonaya bənzədib:
“Mən çox həyəcanlıyam. Bu, həqiqətən də qeyri-adi bir andır. Messi 20 ildir ki, ən yüksək səviyyədə oynayır. Bu yaxınlarda o, yığmaya Amerika Kubokunu qazanmağa kömək etdi. Maradonanın ruhu yəqin ki, Messiyə keçib. Argentinanın qalib gəlmək üçün yaxşı şansı var”.
Qeyd edək ki, Argentina həlledici matçda Fransa ilə üz-üzə gələcək. Dekabrın 18-i "Lusail" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.