Fransa prezidenti Emmanuel Makron 2022-ci il dünya çempionatının yarımfinalından sonra Mərakeş millisinin paltardəyişmə otağına baş çəkib .
Sportarena.az Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Fransanın Mərakeş üzərində qələbəsindən (2:0) sonra o, Afrika təmsilçisinin paltardəyişmə otağına girərək bütün komandanın gözü qarşısında Sofyan Amrabatı turnirin ən yaxşı yarımmüdafiəçisi adlandırıb.
Qeyd edək ki, Mərakeş dekabrın 17-i 3-cü yer uğrunda matçda Xorvatiya ilə qarşılaşacaq.