"Şamaxı" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Bahadur Həziyev daha iki il yarım komandanın formasını geyinəcək.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl hücumçu Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla müqavilə yeniləyib