“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Argentina millisinin hücumçusu Lionel Messi barədə danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, PSJ-nin 35 yaşlı futbolçusunun oyununu izləməyi şans hesab etdiyini deyib:
“Ümid edirəm ki, Messi dünya çempionatını qazanacaq. Bu nailiyyət onun karyerası üçün əvəzsiz uğur olacaq. Belə bir futbolçunun oyununu izləmək əsl şansdır”.
Argentina millisi DÇ-2022-nin yarımfinalında Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa ilə üz-üzə gələcək.