"Sabah" 1000 manat cərimə edildi

15:54 15 Dekabr 2022

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail” – “Sabah” oyununda “Sabah” komandasının futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

 

“Səbail” – “Sabah” oyununda “Sabah” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.


Digər xəbərlər

Xəbər xətti