Mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatan Adrien Rabyo komandanı tərk edəcək.
Sportarena.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Turin təmsilçisi ilə yeni sözləşmə imzalamaq niyyətində deyil.
27 yaşlı futbolçunun xidmətində İngiltərə klubları maraqlıdır. Lakin Fransa millisinin üzvü Premyer Liqada oynamaq istəmir. "Sport" nəşrinin məlumatına görə, təcrübəli oyunçu "Barselona"da çıxış etmək istəyir.
Qeyd edək ki, Adrien Rabyo 2012-cu ilin yayından "Yuventus"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.