Moldovanın "Dinamo-Avto" klubunun baş məşqçisi olan Novruz Əzimov istefaya göndərilib.
Sportarena.az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin mətbuat xədməti məlumat yayıb. 62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Novruz Əzimov bu ilin sentyabr ayından "Dinamo-Avto"nu çalışdırırdı. Komanda Moldova Super Liqasında mövsümün əsas hissəsini sonuncu pillədə başa vurub.